31.10.2013
  
Qoç - məqsədə aparan yolda səd və maneələr az olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura bilər.
31.10.2013
  
Bu gün Bakıda 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri başlayıb.
31.10.2013
  
Tiflis şəhərində (Gürcüstan) Azərbaycanın «AS Group Investment» Şirkətlər Qrupu tərəfindən Cənubi Qafqazın ən böyük yaşayış kompleksi inşa olunur.
31.10.2013
  
Parisdəki Pyer Karden mərkəzində təşkil olunan İncəsənət Biznesinin 5-ci yubiley salonunda müasir incəsənət sərgisi keçirilib.
31.10.2013
  
Bakı və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam isə tutulacağı gözlənilir.
30.10.2013
  
Trend İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyevin "həri" mərasimi olub.
30.10.2013
  
2013-2014-cü ilin payız-qış mövsümündə qadınları ürəyini ovsunlayan bir çox çanta modelləri var. Bəziləri keçən ilki hakimiyyətini davam etdirir, bəziləri isə yenidən dəbə minib.
30.10.2013
  
"Möhtəşəm yüz il"də Qanuni Sultan Süleymanın arvadlarından Mahidevranın obrazını canlandıran gözəl aktrisa Nur Fəttahoğlu bu gün Ləvənt Vəziroğluna ərə gedir.
30.10.2013
  
“Apple” şirkətinin təsisçisi Stiv Cobsun evi Silikon vadisi komissiyası tərəfindən tarixi abidə elan olunub.
30.10.2013
  
Milli Məclis çoxuşaqlı ailələrə müavinətlər verilməsini təsdiqləyib.
30.10.2013
  
Əyri duruşu ilə dünyada məşhurlaşan Piza qülləsi qeyri-adiliyini itirir.
30.10.2013
  
Kanadanın Toronto şəhərində çinli rəssam Ay Veyveyin "Həmişə velosipedlər" instalyasiyası nmayiş olunur.
30.10.2013
  
Qoç - asan olmayacaq. Hətta ən kiçik qələbələrin belə, böyük zəhmət hesabına başa gəldiyi günlərdən biridir. İşgüzar tərəfdaşlarla dil tapmaq asan deyil. Toplantı, konfrans, seminar və s. gözlənilən nəticəni, faydanı vermir, xoş emosiyalar bəxş etmir.
30.10.2013
  
Bakı Metropoliteni hazırda yenidən qurulan «28 May» stansiyasında təmir işlərini davam etdirir.
30.10.2013
  
Qubada tikiləcək beynəlxalq səviyyəli yeni hava limanının layihəsi hazırlanır. Bu barədə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov məlumat verib.
30.10.2013
  
Hindistanın Racasthan əyalətinin paytaxtı Jaipurda yaşayan 58 yaşlı Ram Sing Çauhan dünyanın ən uzun bığlı adamıdır. Düz 32 ildir bığlarını kəsməyən Çauhanın bığları 4,2 metrdir.
30.10.2013
  
Madam Tüssonun Londonda yerləşən muzeyində Uitni Hyustonun mum heykəli təqdim olunub.
30.10.2013
  
Dekabrın 18-də “Baku Crystal Hall”-da ötən illərin İtaliya estradasının onlarla əfsanəvi ifaçılarının iştirakı ilə “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert keçiriləcək.
29.10.2013
  
Mərkəzi Nyu Yorkdakı Beam Design memarlıq və dizaynerlik şirkətinin yaradıcılarından biri Azin Vali illərlə şəhərlər və xəritələr üzərində işlədikdə sonra yığdığı bilikləri geyimlərin üzərinə köçürərək “xəritə geyimlər” hazırlayıb.
29.10.2013
  
Tokioda bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisini cvanlaşdıran qulluq təklif edir. Bu xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üzün dərisini elastik etməklə, quru, qabıq verən hissələri də aradan götürür.