16.11.2017
  

Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti keçirilib.

16.11.2017
  

Tanınmış muğam ifaçısı Qoçaq Əsgərovun Fransanın tanınmış caz ifaçısı Pyer de Treqomenlə birgə “Muğham souls” adlı musiqi albomu işıq üzü görüb.

16.11.2017
  

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.

16.11.2017
  
Нет перевода
16.11.2017
  

Dekabrın 1-də “Zəncirli mülk” binasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaranmasının 10 illiyinə həsr olunan “Reinkarnasiya – tanımadığınız İçərişəhər” adlı sərgi açılacaq.

16.11.2017
  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017/2018-ci tədris ilindən yuxarı sinif şagirdlərinə “Bir günlük tələbə” olmaq imkanı yaradılır.

16.11.2017
  

Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, kimya elmləri doktoru, əməkdar elm xadimi Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan "Koordinasion Birləşmələr kimyası: analitik kimyanın aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

15.11.2017
  

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının qəhrəmanlıq dastanı - “Koroğlu” eposunun motivləri əsasında hazırlanmış “Eşqi- Nigar” adlı səhnə əsərinin premyerası olub. 

15.11.2017
  

Dekabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası növbəti dəfə nümayiş olunacaq.

15.11.2017
  

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə V Ağıl Oyunları Festivalı keçiriləcək.

15.11.2017
  

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.

15.11.2017
  

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə noyabrın 14-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində tanınmış teatr rejissoru, SSRİ Xalq Artisti Robert Struanın quruluşunda Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının “Mariya Kallas. Dərs” tamaşası nümayiş etdirilib.

15.11.2017
  

Azərbaycan Dövlət Musiqili Teatrı bu həftə doqquz tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

15.11.2017
  

Noyabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif konserti və “Tofiq Bakıxanov” broşürünün təqdimatı keçirilib.

15.11.2017
  

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı görkəmli şairin həyat və yaradıcılığının yenidən tədqiqinə, öyrənilməsinə və əsərlərinin çapına böyük töhfə oldu. 

15.11.2017
  

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uşaqların sevimli yazarları – Solmaz Amanova, Gülzar İbrahimova və Sevinc Nuruqızının regionlarda azyaşlı oxucularla növbəti görüşü təşkil olunub.

15.11.2017
  

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım Birliyinin Baş direktoru Noel Kerrana məktub ünvanlayıb.

15.11.2017
  

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

15.11.2017
  

Milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni, Xalq Artisti Şövkət Ələkbərovanın 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

15.11.2017
  

Azərbaycan və Braziliya iki ölkənin Diplomatik Akademiyaları arasında təlimlərin keçirilməsi ilə əlaqədar Anlaşma Memorandumu imzalayıb.