Ornella Muti: "Azərbaycan qəlbimdə daim qalacaq"
6.12.2013

Məşhur italiyalı aktrisa Ornella Muti “Vestnik Kavkaza” xəbər agentliyinə Azərbaycanla bağı təəssuratlarını bildirib: “Azərbaycanı çox sevdim.

O, daim mənim qəlbimdə qalacaq. Onu qeyd etməliyəm ki, Azərbaycan yaxşı mənada, özünəməxsus bir ölkədir. Qonaqpərvərlik də Azərbaycanın özü kimi gözəldir.

Gözəl qadın kimi mən gözəlliyi dəyər verməyi bacarıram. Azərbaycanda qadınlara hörmətlə yanaşırlar. Mən Azərbaycana “Avroviziya” yarışması zamanı gəlmişdim.

Bakının necə gözəl olduğunu da bu zaman görmüşdüm”. Ornella Muti həmçinin, Azərbaycanın birinci ledisi M. Əliyeva və H. Ə. Fondunun vitse-prezindenti M. Əliyevanın Azərbaycan mədəniyyəti sahəsindəki xidmətlərini yüksək qiymətləndirib: “Mehriban Əliyeva çox gözəl qadındır, o, Azərbaycanın inkişafında müstəsna rol oynayır.

Onun qızı Leyla Əliyeva isə, həqiqətən, istedadlı mədəniyyət xadimidir”. Məşhur aktrisa yenidən Azərbaycana gəlməsini səbrsizliklə gözlədiyini də əlavə edib.

publika.az