Nabran - Xaçmaz rayonunda Xəzər dənizi sahillərində yerləşən kreativ təyinatlı ən böyük regiondur. Bu zonanın maraqlı cəhəti ondan ibarətdir ki, kiçik bir ərazidə yerləşən qumsal çimərlikdən dərhal sonra meşə başlanır. Müxtəlif turist bazaları düşərgələr, pansionatlar, istirahət evləri həmin meşədə yerləşir. Onların şəraiti çox müxtəlifdir - "Lüks" tipli rahat mehmanxanalardan, bir neçə nəfər üçün nəzərdə tutulan abad kotteclərdən başlamış çadır şəhərciklərinə qədər geniş seçim imkanı var.
Dağıstanla həmsərhədd olan Qusar rayonu Azərbaycanın şimal-şərqində Xudat dəmir yolu stansiyasından 35 km məsafədə yerləşir. Rayonun adı "Qusar" sözü vaxtilə bu ərazidə yaşamış, sonradan tarixi etnogenez nəticəsində yox olmuş "Xisar" qəbiləsinin adından yaranmışdır. İndi bu rayonda əsasən ləzgi millətinin nümayəndələri yaşayır.
Bu diyarın landşaftı meşələrlə örtülü dağların və dərələrin bir-birini əvəz etməsi ilə əlamətdardır. Faunanın ov və ov sənaye növlərinin qorunub saxlanması və onların baş sayının bərpa edilməsi məqsədi ilə "Qusar" yasaqlığı yaradılmışdır (sahəsi 15 min hektar).
Dağ dərələrində gözəl şəlalələr var. Onların ən çox populyar olanları
Laza və Şahnabat şəlalələri turistləri və Qafqazın yabanı təbiətin həvəskarlarını buraya cəlb edir. Laza kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər.
Ekoloji turizm marşrutu üzrə Qusar şəhərindən Laza şəlaləsi istiqamətində piyada gedənlər Əniq kəndində düşərgə sala bilərlər. Bu kəndin yaxınlığında 13-cü əsrə aid qala divarlarının qalıqları
(Əniq (Eniq) qalası) , qədim məscid binası yaxşı vəziyyətdə qalmışdır. Laza kəndinin yaxınlığında isə
"Suvar" istirahət bazasında qalmaq olar.
Qusardan Suduq kəndi istiqamətində marşrutun uzunluğu 75 km-dir. Şah dağın yamaclarında Həzrə kəndində Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmail Xətainin babası
Şeyx Cuneydin (16-cı əsr) məqbərəsinə tamaşa etmək olar.
Bütün Azərbaycan torpağı kimi Qusar torpağında da bu xalqın qədim mədəniyyətinin və həyat tərzinin sübutlarını görmək olar. Həzrə, Hil, Balaqusar, Ənik, Yasab, KöhnəXudat, Gündüz qala kəndlərində qədim məqbərələr, məscidlər, qədim insan məskənlərinin və qalaların qalıqları qorunb saxlanmışdır.
Qusar rayonunun inzibati mərkəzi Qusar şəhəri Bakıdan 183 km məsafədə yerləşir.