Bakıda yaponlara möhtəşəm hədiyyə
6.12.2013

Yapon mətbəxi UNESCO-nun "Dünyanın Mədəni İrsi" siyahısına daxil edilib.

GoMap.Az Kyodo News-a istinadən bildirir ki, yapon milli mətbəxi və Yaponiyanın kulinar ənənələrinin siyahıya daxil edilməsi barədə qərar dünən, UNESCO-nun Bakıda keçirilən beynəlxalq konfransında qəbul edilib.

Yaponiyanın baş naziri Sindzo Abe qərardan qürur duyduqlarını deyib: "Mətbəximizin UNESCO siyahısına salınması yapon mətbəxinin inkişafına, habelə əcnəbilərin diqqətinin artmasına səbəb olacaq. Bundan başqa, ümid edirəm ki, ölkəmizin gəncləri milli mətbəx ənənələrinə daha diqqətlə yanaşacaqlar".

UNESCO-nun Bakı konfransı dekabrın 7-də başa çatacaq.

Milli.Az