Gədəbəyə 30 santimetr qar yağdı
9.12.2013

Ötən gündən Azərbaycanın qərb zonasına yağan yağış gecə saatlarından qarla müşahidə olunub. Ən çox yağıntı Gədəbəy rayonuna düşüb.

Belə ki, rayonun dağlıq ərazilərinə 20-30 sanimetr, şəhərin mərkəzinə isə 18 santimetr qar yağıb. Gecədən başlayaraq rayonun müəyyən kəndlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Hazırda rayonda -3 dərəcə şaxta var. Yağan qar rayonda elə də cidid fəsadlar törətməyib.

ANS PRESS