500-dən yüksək inkişaf edən texnologiya şirkətlərinin siyahısında Fransa birinci yerdədir
13.12.2013

Artıq 3-cü ildir ki, fransız startapları (gənc firmalar) Deloitte Technology Fast 500 agentliyinin tərtib etdiyi siyahıda birinci yeri tutur.

Bu reytinq cədvəlində Avropanın, yaxın Şərqin və Afrikanın son 5 ildə satış həcmi artan 500 texnologiya şirkəti təmsil olunur.

2013-cü ildə bu siyahıya Fransanın 86, Böyük Britaniyanın 71, İsveçin 52, Almaniyanın 27, İrlandiyanın 17 müəssisəsi daxil edilib. Obyektivliklə aparılan və müəssisələrin göstərdikləri nəticələrə əsaslanan bu klassifikasiyanın məqsədi texnologiya müəssisələrini geniş kütləyə, xüsusən də investorlara tanıtmaqdır.

Gün.Az