200 min adam Marsda yaşamaq üçün müraciət edib
13.12.2013

Əgər sənin də ambisiyan Marsda ilk insan olmaqdırsa onda nəzərə al:

Holland şirkəti 4 şanslı yer sakinini "Qırmızı planet"ə göndərmək üçün planını həyata keçirir. Məsələ həm də burasındadır ki, onlar heç vaxt geri qayıtmayacaqlar.

CNN-nin saytına istinadən verilən xəbərə görə, “Mars One” adlı təşkilat elan edib ki, uçuşu reallaşacaq olan pilotsuz, avtomatlaşdırılmış və rabitəli peyk vasitəsilə idarə edilən qurğunun uçuşu 2018-ci ildən reallaşacaq.

İlk missiya insanın Marsda daimi yaşaması üçün lazım olan bütün texnologiyaların bura cəlb olunması olacaq. Əgər hər şey yaxşı alınsa Marsa ilk pionerlər 2025-ci ildə gedəcək.

Qeyd edək ki, aprel ayında bu böyük elanın verilməsindən bəri Marsa getmək coşğusu getdikcə artıb.

“Mars One”-nın icraçı direktoru Bas Lansdorpun sözlərinə görə, 200 mindən çox adam perspektivli astronavt olmaq üçün imza verib. Görünür, onlar həyatlarının qalan hissələrini Marsda keçirməyə razıdırlar.

Şirkətdən bildirilib ki, geri dönmək üçün heç bir uçuş texnologiyası mövcud deyil – burada Kennedi Kosmik Mərkəzi buraxılış meydançası yoxdur. Və birtərəfli səfər qiyməti olduqca azdır.

Hazırda planetə getmək üçün ərizə müraciəti dayandırılıb və bu ilin axırı şirkət ikinci dəfə Marsa getmək istəyənləri qeydiyyatdan keçirməyi planlaşdırır.

Lansdorp deyib ki, bu missiya insanı Marsa aparan pilotsuz qurğu üçün ən vacib və ən çətin addımdır.

Bu həm də məxfi maliyyələşdirilən planetar araşdırma missiyası olacaq.

publika.az