Axtarış
Başqa şəhərlərdə
Ötən gün Nizami Kino Mərkəzində türkiyəli müğənni Özcan Dənizin “Su və atəş” filminin premyerası keçirilib. Qırmızı xalıdan keçərək azərbaycanlı tamaşaçılarla birgə filmi izləməyə gələn Özcan ekran işinin burada da seviləcəyinə ümid etdiyini deyib. Daha sonra ifaçı izləmə zalına keçib və rejissorluğunu etdiyi “Su və atəş”ə tamaşaçılarla birgə baxıb. Filmdə Türkiyədə uzun illər aktual olan “qan dava”sından söhbət gedir. İki gəncin məhəbbəti məhz bu dava səbəbi ilə yarım qalır və filmin sonu ölümlə bitir. Kinonun digər əsas qəhrəmanı aktrisa Yasemin Allen xarici ölkənin vətəndaşı olduğu üçün Azərbaycana gəlməkdə müəyyən problemlər yaşayıb. Film izlənildikdən sonra Özcan Dəniz və “Su və atəş”in heyəti səhnəyə çıxıb. Azərbaycanlı tamaşaçıların gurultulu alqışları ilə qarşılanan aktyorlar Bakıya gəldikləri üçün xoşbəxt olduqlarını söyləyiblər. Daha sonra mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarını cavablandıran Özcan Dəniz film üçün aktyorları özünün seçdiyini və onların öz rollarının öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Onunla birgə vətənə təşrif buyuran aktrisa Pelin Akıl Özcanla işləməyin verdiyi zövqdən söz açıb: “Baxmayaraq ki, Özcan filmin rejissoru idi, amma kaprizli deyildi. Eyni zamanda filmdə rol alırdı deyə, bizi də başa düşməkdə çətinlik çəkmirdi. Onunla eyni filmdə oynamaqdan böyük zövq aldım. Gələcəkdə birgə layihələrimizin olacağına ümid edirəm”. Özcan Dəniz “Evim sənsən”, “Su və atəş” filmlərinin sonunda qəhrəmanların ölməsinə də münasibət bildirib: “Bu günə kimi 12 layihəm olub. Onlardan yalnız ikisində dramatik sonluq var. “Qan davası” mövzusu Türkiyədə hələ də aktualdır. Bu mövzuya müraciət etməyimin əsas səbəbi də elə budur”. “Ya sonra” filminin ikinci hissəsi üzərində işləməyə başladığını deyən türkiyəli müğənni yenə də aktrisa Dəniz Çakırla kamera qarşısına keçəcək. Azərbaycanla bağlı planlarından da danışan sənətçi növbəti layihəsində yerli aktrisalarımıza müraciət edəcəyini də gizlətməyib. Konfransın sonunda müğənni hər kəsə təşəkkür edərək hislərini bölüşüb: “Sizinlə eyni zalda film izləmək çox zövqlü idi. Siz filmi izlədiniz, mən də sizi. İstiliyinizi, enerjinizi, sevginizi əsirgəmədiyiniz üçün təşəkkürlər”. Axşam.az
Ötən gün Nizami Kino Mərkəzində türkiyəli müğənni Özcan Dənizin “Su və atəş” filminin premyerası keçirilib.
Qırmızı xalıdan keçərək azərbaycanlı tamaşaçılarla birgə filmi izləməyə gələn Özcan ekran işinin burada da seviləcəyinə ümid etdiyini deyib. Daha sonra ifaçı izləmə zalına keçib və rejissorluğunu etdiyi “Su və atəş”ə tamaşaçılarla birgə baxıb. Filmdə Türkiyədə uzun illər aktual olan “qan dava”sından söhbət gedir. İki gəncin məhəbbəti məhz bu dava səbəbi ilə yarım qalır və filmin sonu ölümlə bitir. Kinonun digər əsas qəhrəmanı aktrisa Yasemin Allen xarici ölkənin vətəndaşı olduğu üçün Azərbaycana gəlməkdə müəyyən problemlər yaşayıb. Film izlənildikdən sonra Özcan Dəniz və “Su və atəş”in heyəti səhnəyə çıxıb. Azərbaycanlı tamaşaçıların gurultulu alqışları ilə qarşılanan aktyorlar Bakıya gəldikləri üçün xoşbəxt olduqlarını söyləyiblər. Daha sonra mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarını cavablandıran Özcan Dəniz film üçün aktyorları özünün seçdiyini və onların öz rollarının öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Onunla birgə vətənə təşrif buyuran aktrisa Pelin Akıl Özcanla işləməyin verdiyi zövqdən söz açıb: “Baxmayaraq ki, Özcan filmin rejissoru idi, amma kaprizli deyildi. Eyni zamanda filmdə rol alırdı deyə, bizi də başa düşməkdə çətinlik çəkmirdi. Onunla eyni filmdə oynamaqdan böyük zövq aldım. Gələcəkdə birgə layihələrimizin olacağına ümid edirəm”. Özcan Dəniz “Evim sənsən”, “Su və atəş” filmlərinin sonunda qəhrəmanların ölməsinə də münasibət bildirib: “Bu günə kimi 12 layihəm olub. Onlardan yalnız ikisində dramatik sonluq var. “Qan davası” mövzusu Türkiyədə hələ də aktualdır. Bu mövzuya müraciət etməyimin əsas səbəbi də elə budur”. “Ya sonra” filminin ikinci hissəsi üzərində işləməyə başladığını deyən türkiyəli müğənni yenə də aktrisa Dəniz Çakırla kamera qarşısına keçəcək. Azərbaycanla bağlı planlarından da danışan sənətçi növbəti layihəsində yerli aktrisalarımıza müraciət edəcəyini də gizlətməyib. Konfransın sonunda müğənni hər kəsə təşəkkür edərək hislərini bölüşüb: “Sizinlə eyni zalda film izləmək çox zövqlü idi. Siz filmi izlədiniz, mən də sizi. İstiliyinizi, enerjinizi, sevginizi əsirgəmədiyiniz üçün təşəkkürlər”.
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.