Hindli qadınların çoxu gündəlik qulluqlarını öz hazırladıqları krem ya da yağlarla yerinə yetirirlər. Bəs qüsursuz dərilərinin sirri nədir?
Gözəllik rituallarını təbii məhsullarla yerinə yetirirlər. Üyüdülmüş
taxıl, fındıq, fıstıq kimi çərəzlər dəriyə pilinq təsiri yaradır. Hindli
qadınlar hər gün təzə və təbii məhsullardan istifadə edir. Onların
ehtiyac duyduqları tək şey isə gül suyu və badam yağıdır. Üzü ilıq düyü
suyu ilə yumaq, hindli qadınların əsrlərdir ki, tətbiq etdikləri
üsuldur. Düyünün tərkibindəki maqnezium, B vitamini və qidalandırıcı
maddələr suya qarışır və dərinin par-par parıldamasını təmin edir:
Körpə dərisi kimi yumşaq
Bitki yağları hindli qadınların baxımlarında isifadə etdikləri ən çox
işlətdikləri məhsullarıdır. Xüsusən də sarı küncüt yağı üz maskası kimi
istifadə edilir. Bu yağ dərini yumşaldır və hamarlaşdırır.
Mütəxəssislər dərinin dərinliklərinə daha asan yeridilməsi üçün küncüt
yağını masajdan əvvəl isidilməsi tövsiyə edilir. Bitkilərin dəri
üzərindəki təsirinə gəldikdə isə: okaliptus canlılıq bəxş edir,
ylang-ylang bitkisi dərini tərtavətləndirir, sandal ağacı isə dərini
rahatlaşdırır.

Masajlar
Aromatik hind masajı kimi tanınan baş masajı “campisaj” Hindistanda
min illərdir ki, tətbiq edilən üsuldur. Hindli qadınların gur və parlaq
saçlarının sirri saç dərisinə yağlarla edilən masaj sayəsində əldə
edilir. Bu sayədə qidalandırıcı maddələr saç köklərinə daha yaxşı nüfuz
edir.

Gözəl qoxulu saçlar
Bir şüşəni su ilə doldurun. İçinə bir neçə damcı ən çox sevdiyiniz
aroma yağlarından əlavə edin. Suyu, quru saçların üzərinə əlavə edin.
Saçların gözəl qoxması üçün hindli qadınlar gül suyunun, ya da lavanda
yağaının möcizəvi təsirindən tez-tez istifadə edirlər.

Badamla qüsursuz dəri
Yumşaq və rahatladıcı pilinq: Dərin boşqabın içinə 2 yemək qaşığı
yaxşı üyüdülmüş badamı, bir çay qaşığı gül suyunu badamla qarışdırın.
Qarşığın üzərinə süd əlavə edərək krem halına gətirin. Pilinqi üzünüzə
çəkib barmaqlarınızla 1-2 dəqiqə masaj edin. Sonda isə dərini düyü suyu,
ya da adi ilıq su ilə yaxalaya bilərsiniz.
Publika.Az