Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir.
Yanvarın 1-dən 5-dək “Küpəgirənin hiyləsi” Yeni il tamaşası nümayiş etdiriləcəkdir.
Teatrın kollektivi yanvarın 8-də, 9-da və 10-da müvafiq olaraq A.Şaiqin “Danışan gəlincik”, P.Filipponun “Don Raffael Tranbomçu” (kiçik səhnədə), M.F.Axundzadənin “Hacı Qara” tamaşalarını göstərəcəkdir.
Yanvarın 11-də gündüz və axşam seanslarında müvafiq olaraq S.S.Axundovun və A.Şaiqin “Qaraca qız”, Ə.Əmirlinin “Hasarın o üzü” (premyera), eləcə də ayın 12-də Ş.Perronun “Çəkməli pişik”, L.Nurenin “Mən gəldim, qızlar” tamaşaları göstəriləcəkdir.
Teatrsevərlər yanvarın 14-də kiçik səhnədə M.Vahidzadənin “Bir səbət tənhalıq”, ayın 15-də A.Şaiqin “Tıq-tıq xanım”, 16-da kiçik səhnədə R.Ağayevin “Bir gecənin nağılı”, 17-də S.Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşalarına baxa biləcəklər.
Teatrın kollektivi yanvarın 18-də gündüz və axşam seanslarında müvafiq olaraq S.Marşakın “Pişiyin evi”, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, eləcə də ayın 19-da R.Tohidoğlunun “İncəbel və div”, T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşalarını təqdim edəcəkdir.
Yanvarın 21-də kiçik səhnədə N.Qoqolun “Dəlinin qeydləri”, ayın 22-də Y.Şvartsın “İfritin kələyi”, 23-də kiçik səhnədə P.Filipponun “Don Raffael Tranbomçu”, ayın 24-də Ə.Əmirlinin “Mən səni sevirəm” tamaşaları göstəriləcəkdir.
Teatrsevərlər yanvarın 25-də gündüz və axşam seanslarında müvafiq olaraq B.Marvinin “Yatmış gözəl”, Elçinin “Buzovna kəndinin əhvalatları”, eləcə də ayın 26-da “Göyçək Fatma” və H.Cavidin “Şeyx Sənan” tamaşalarına baxa bilərlər.
Yanvarın 28-də kiçik səhnədə P.Türrininin “Axı ki...”, ayın 29-da və 31-də müvafiq olaraq X.Əlibəylinin “Dovşanın ad günü” və M.F.Axundzadənin “Hekayəti–xırs-quldurbasan” tamaşaları göstəriləcəkdir.
AzərTac