Yeni mövsüm yeni makiyaj tərzi
30.12.2013

Sən makiyajın çox parlaq və bayağı olmasından qorxduğun üçün hələ də ənlik çəkmirsən .Biz bu gün sənin obrazının əsas bəzəyi olan makiyaj üçün 4 variant tapmışıq.

2014-cü ilin makiyaj trendləri

Heç bir moda həftəsi ənlik olmaqdan keçmir. Hətta vizajist onları o qədər az vurğulayır ki, yalnız müəyyən işıqlandırma zamanı görünür. Dəfilənin nümayişi zamanı isə makiyajdan ən az ənlik nəzərə çarpır. Geyim, saç düzümü, göz makiyajı diqqət çəksə də, yanaqlar az vurğulanır. Yeni il ərəfəsində isə almacıq sümüklərini mütləq vurğulamaq lazımdır.

1. Təbii makiyaj – Təbii makiyaj dedikdə heç şübhəsiz ağla ilk olaraq yanaqlarda yüngül qızartı gəlir. Qızartı elə olmalıdr ki, güya sən elə indicə qış gəzintisindən gəlmisən. Əlbəttə ki, bu təsiri ancaq soyuq hava və qar olan yerlədə almaq daha asandır. Əgər donvurma riski olmadan bu effekti əldə etmək istəyirsənsə, Prabal Gurung, Loewe, Sonia Rykiel və Clements Ribeiro nümunələrinə nəzər yetirə bilərsiniz. Bu şoularda ənlik makiayjda demək olar ki, yeganə aksent idi ki, obrazı qorxulu göstərmir.

2. Almacıq sümükləri – Almacıq sümüklərini oynaq göstərmək istəyənlər, hətta dodaqlarına parlaq pomada da çəkməyə macal tapa bilərlər. Massimo Rebecchi misal göstərmək olar.

3. Rəng uyğunluğu – Sən geyiminlə uyğun olan tonları axtarmalısan. Makiyajı eyni harmoniyada yaratmaq isə yaxşı göstəricidir. Belə ənliklə mükəmməl dodaq parladıcısını Tom Ford, Blumarine, Valentin Yudashkin kimi birləşdirmək olar.

4. Parlaq makiyaj – Gözləri, dodaqları və yanaqları eyni tonlarda vurğulamaq keçmişdə dəbdə idi. Amma indi ən cəsarətli tendensiyaları düzgün çərçivədə tətbiq etməyə ehtiyac var. Məsələn, qırmızı dodaq boyası və çəhrayı ənliklə birlikdə də mövcud ola bilər. İnanmırsınız? Halbuki, Felder Felder bunu sübut edir. Qara haşiyəyə alınmış gözlərin parlaq yanaqlarla tamamlanmağa ehtiyacı duyur. Nanette Lepore və Moschino Cheap And Chic-ın təqdim etdiyi variantlara baxa bilərsiniz.

Publika.Az