“Elektron hökumət” portalına yeni e-xidmətlər inteqrasiya edilib
9.1.2014

Səhiyyə Nazirliyinin daha 6 elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
Bu e-xidmətlərə “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”, “Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.

Bununla da səhiyyə sahəsi ilə bağlı portala inteqrasiya edilən e-xidmətlərin sayı 30-a çatıb.


gun.az