Cennifer Lourens, Keyt Blanşett, Culiya Roberts və başqa ulduzlar “Qızıl qlonus” 2014 mərasimində ulduz kimi parlayıblar.
Dünən Los-Ancelesdə dünyanın ən nüfuzlu mükafatlandırma mərasimlərdən biri olan “Qızıl qlobus” 2014 keçirilib. 71-ci dəfə keçirilən mərasimdə Leonardo DiCaprio, Tom Xenks, Keyt Balnçet, Mettyu Makkonaxi və başqaları iddialı olublar. Xatırladaq ki, «Афера по-американски», «12 лет рабства», «Волк с Уолл-стрит» qlobusun ən yaxşıları olub.
İndi isə qırmızı xalının göz qamaşdıran xanımlarına nəzər salaq.
Bu il Cennifer Lourens paltarını “Dior”-dan alıb, Keyt Blanşett isə “Armani Prive”yə üstünlük verib. Ember Xerdin geyimi “Versace”dən, Taylor Svift isə Carolina Herrera” brendinə qərar verib.
Rəng palitrası kimi ulduzların xüsusilə qırmızı və onun müxtəlif çalarları zənginlik təşkil edirdi. Emi Adams, Berenis Bejo, Emma Uotson və başqaları bu rənglərlə seçilirdilər. Bu ilki mükfatlandırma mərasimində ulduzlar sadəliyi və klassik üslubu ilə daha çox yadda qalıblar. Xanımların bəziləri parıltılı, bəziləri isə klassik ağ və qara rəngin uğurlu vəhdəti üzərində dayanıblar.














Publika.Az