“Bank of Baku” kreditlərin təminatlılığını artırmaq məqsədilə güzəştli kredit kampaniyası elan etmişdir.
Kampaniya çərçivəsində bütün yeni və təkrar müştərilərə verilən nağd kreditə 5 faizədək endirim tətbiq olunacaqdır. Güzəştli krediti rəsmiləşdirmək üçün cəmi iki sənəd - şəxsiyyət vəsiqəsi və arayış kifayət edir.
Arayışlı kreditin məbləği 15 min manatdır. Məbləğ müştərinin bankla əməkdaşlıq tarixçəsindən və iş yerindən asılı olaraq dəyişəcəkdir. Kampaniyadan yalnız nağd kredit götürənlər faydalana biləcəklər.
Kampaniya fevralın 13-dək davam edəcəkdir.
Güzəştli kredit almaq istəyənlər “Bank of Baku”nun filiallarına müraciət edə, yaxud iş yerini bildirməklə 8145-ə SMS göndərə bilərlər.
AzərTac