Axtarış
Başqa şəhərlərdə
Knuckle Rigs kimi tanınan midi üzüklər 2014-cü ilin aksessuar trendlərindən biri olacaq. Bu üzüklər təkcə düz halqa formasında istifadə edilmir. Heyvan fiqurları, işarələr və daşlardan ibarət çeşidləri də trendlər arasında yer alıb. Daş-qaşlı üzükləri xoşlayardansıznısa, dırnaq boyasının üstünə daş kimi görünən xırda daşlar, bəzəkli qaşlar yapışdıra bilərsiniz. Onların istənilən kosmetika mağazalarından əldə edə bilərsiniz. İkisi ilə birlikdə olduqca eleqant görüntü əldə edəcəksiniz. Bu mövsümün aksessuar trendləri arasında bütün barmaqlara taxılan üzüklər əsas yeri tutur. Sadəliyə üstünlük verənlərdənsinizsə, bütün barmaqlarınızı üzüklə doldurmaq kimi məcburiyyətindən azad ola bilərsiniz. Belə ki, iri, həcmli və gözə gəlimli bir üzüklə də kifayətlənmək haqqınız var. Unutmayın ki, dəb öz trendlərini diktə etmir, sadəcə təklif edir. Seçim isə sizə məxsusdur. Bir məsələ var ki, bu aksessuarların əldə gözəl və zərif qaldığına şübhə ola bilməz. Bu trend uzun illər davam edəcəyi gözlənilir.Publika.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.