“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində fortepiano musiqisi axşamı keçirilmişdir.
Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərindən Samirə Aşumova, Nərminə Quliyeva və Afaq Rüstəmovanın tələbələri çıxış etmişlər.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilmişdir.
AzərTAc