Təbii gözəllik məhsullarını mağazalarda
axtarmaq və bir ətək pul tökmək yerinə, evdəki tərəvəzlərdən təbii
maskalar hazırlamaq istəyərdinizmi? Sizin üçün evdə gözəlləşməyin ən
əlverişli yollarını hazırlamışıq. Qollarınızı çırmalayıb gözəlləşməyə
hazırlaşın.
Parlaq saç üçün alma sirkəsi və su: Saçın gur və
parlaq olması üçün alma sirkəsi ilə soyuq suyu qarışdıraraq saçınıza
çəkə bilərsiniz. Bu metodu ayda 1 dəfə tətbiq etmək kifayətdir.
Güclü dırnaqlar üçün limon: Tez qırılan və saralmış
dırnaqları limonla gücləndirin. Həftədə bir dəfə dırnaqlarınıza limon
çəkin və 10 dəqiqə gözləyin. Sonra ilıq su ilə dırnaqları yaxalayın. Bu
üsulu hər gün tətbiq etsəniz, daha güclü və sağlam dırnaqlara sahib
olacaqsınız.
Dırnaq boyasını qurutmaq üçün: Dırnaq boyası
çəkdikdən sonra soyuq su dolu qabın içinə barmaqlarınızı salıb bir neçə
dəqiqə gözləyin. Boyananın belə tez qurumasına özünüz də
təəccüblənəcəksniz. Bu üsulu tətbiq etməklə artıq əziyyət
çəkməyəcəksiniz.
Parfumun qalıcı olması üçün vazelin: Ən çox
sevdiyiniz parfumun qoxusu çox tez uçub gedir? O halda sevdiyiniz
parfumu bir qədər vazelinin içinə sıxın və qarışdırın. Daha sonra
vazelini qollarınıza və dirsəklərin və dizlərin iç hissəsinə sürtün.
Sevdiyiniz qoxu bədəninizdən uzun müddət getməyəcək...
publika.az