Martın 7-də Beynəlxalq Muğam Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş konsert olacaqdır.
Konsert Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri ilə Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdikləri layihə çərçivəsində təşkil ediləcəkdir.
Konsert proqramında Cahangir Cahangirov adına xor kollektivi və Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin nəzdində fəaliyyət göstərən “Cazz Bənd” qrupu çıxış edəcəkdir.
Konsertin solistləri Xalq Artisti, tarzən Ramiz Quliyev, vokalçı Ramil Qasımov, xanəndələr Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Ariz Hüseynov, İlahə Əfəndiyeva, Mirələm Mirələmov, Zabitə Alıyeva, Sərxan Bünyadzadə, Günay İmamverdiyeva və Kamilə Nəbiyevadır.
AzərTAc