Artıq
günəş eynəklərinə ehtiyacımız olan günlər başladı. Eynəklər gözləri və
göz ətrafını günəşdən qoruyur, eyni zamanda dəbli aksessuardır. Yeni
mövsümdə bir-birindən gözəl eynək modelləri var. Bəs 2014-ün yazında
hansı eynəklər dəbə minəcək?
Pişik gözlər - 50 və 60-cı illərin dəbi olan pişik
eynəklər 2014 mövsümünün ən məşhur eynəkləridir. Üz quruluşunuz kvadrat
formasındadırsa pişik gözlü eynəklərdən istifadə edə bilərsiniz. Bu
eynəklər üz ifadəsini yumşaldır. Yaxud da retro tərzini sevirsinizsə,
pişik gözlü eynəklər stilinizin ən önəmli parçası olacaq.

Güzgülü eynəklər - Güzgülü eynəklər 80-ci illərin
məhsuludur. 2 ildir dəbdə olan modellərdəndir. 2014-ün yaz aylarında
məşhurluğunu davam etdirəcək. Güzgülü eynəklər diqqət çəkməyi xoşlayan
hər kəsin farovirisi olacaq.

Ağ çərçivəli eynəklər - Ağ rəng bu yaz da gündəmdədir. Buna görə, eynəklərin ağ rəngə bürünməsinə təəccüb etməmək lazımdır.

Clip-on/Flip-up eynəklər - Optik eynəkləri günəş
eynəyi kimi istifadə edə bilmək üçün hazırlanıb. Vintaj modellərdən
ilham alan Clip-on eynəklər mövsümün sevilən eynəklərdən biridir.
Eynəklərin üst hissəsində metal tel var.

Pilot eynəkləri - Pilot eynəkləri bu mövsüm aktual olacaq.

Yumru çərçivəli eynəklər - Bu eynəklərə retro
stilinin əsas elementi deyə bilərik. 1970-ci illərdən əsib gələn yumru
eynək modelləri bu il naxışlı və daha böyük çərçivəsi ilə diqqət çəkir.

Publika.Az