Bakıda ağır xəstələrlə bağlı layihə həyata keçirilir
2.4.2014

Sağlamlıq “Yoluxucu xəstəliklərlə mübarizə” İctimai Birliyi ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Ağır xəstəliklərə tutulmuş və cəza evindən azad edilən şəxslərin adaptasiyasının təşkil olunması, onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və müdafiələrinin təşkili” adlı layihə həyata keçirir.

İctimai birlikdən verilən məlumata görə, ki, layihə çərçivəsində vətəndaşlara hüquqi, psixoloji və sosioloji yardım göstərilir. Artıq indiyədək 30 nəfər bu xidmətlərdən faydalanıb.

Layihədə hüquqşünas və psixoloqla yanaşı, sosial işçilərin xidməti də nəzərdə tutulub. Sosial işçilər vətəndaşların evlərinə gedir, onlara ev işlərində köməklik göstərirlər.

Xidmətlərdən yararlanmaq istəyənlər təşkilata ərizə ilə müraciət edə bilərlər.

ANS PRESS