Polşada kişi qeyri-adi dərisini satışa çıxardı - FOTO
2.4.2014

41 yaşlı Varşava sakini Artur Mrozovski öz dərisini “eBay” internet hərracında satışa çıxarıb.

Kişinin bədəninin 90 faizi tatu ilə örtülüb. Tatuların bədənə döyülməsinə ümumilikdə təqribən 300 saat sərf olunub.

“Əgər siz təmir barədə düşünürsünüzsə, o zaman mənim təklifim haqqında fikirləşməyə dəyər. İnsan dərisindən xalça qonaq otağı üçün əla olar. Dostlarınız heyrətə gələcəklər. Bu dünyanın ən yumuşaq və hamar dəri növüdür”, - deyə Mrozovski yzır.

Gün.Az