Səddin itmiş hissəsi tapıldı
29.2.2012

Britaniyalı arxeoloq Uilyam Lindsey Böyük Çin Səddinin indiyədək "itirilmiş" sayılan bir hissəsini tapıb. GoMap.Az Milli.az saytına istinadən bildirir ki, Böyük Çin Səddi ilə bağlı araşdırmalarına görə 2006-cı ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş alim XII əsrin sonlarına aid xəritəni görən təki Qobi səhrasına yollanmaq qərarına gəldiyini deyib. Xəritədə monqol hökmdarı Çingizxanın yürüşləri vardı və divarın "itmiş" hissəsi də aydın görünürdü.
Üstəlik, monqol alimlərdən biri də divarın "itmiş" hissəsinin mövcudluğunu tədsiqləyib.
Lindseyin dediyinə görə, onun tapdığı hissə eramızdan əvvəl 120-ci ildə Xan sülaləsinin əmri ilə inşa olunub, sonrakı dönəmlərdə isə genişləndirilib və təmir edilib.