"Cimbom"un ulduzu "Yuventus"a qayıdır?
29.2.2012

Türkiyənin "Qalatasaray" klubunda icarədə oynayan Felipe Melo mövsümün əvvəlində aldığı transfer təkliflərindən, "Yuventus"a qayıtmaqla bağlı nə düşündüyündən bəhs edib. Braziliyalı futbolçu İtaliyanın TMW jurnalına verdiyi müsahibəsində deyib: "Artıq dəyişmişəm, daha sakit və rəvan davranıram. "Yuventus"a qayıtmağı da düşünmürəm. "Roma" ilə matçda olduğu kimi, rəqib komandanı təkbaşına məğlub etdiyim oyunlar oldu. Mövsümə əla başladıq, amma sonra böhrana düşdü. Bəyəm hamısı mənim günahımdı?! İtaliya mediası anlamsızdır. Əvvəlcə adamı göylərə qaldırırlar, sonra da yerə vururlar.
"Yuventus"dakı iki ilim mənimçün, ailəm üçün çox ağır keçdi. Təbii ki, "qoca sinyora"nın heyətində oynamaq fürsətinə görə klub rəhbərliyinə minnətdaram. Amma ora qayıtmağım mümkün deyil".

                                                                                                                                       Milli.az