Artıq bir neçə həftədən sonra Facebook sosial şəbəkəsi İrlandiyada son icazə sənədlərini alacaq ki, bu da şəbəkəyə elektron pulların buraxmasına imkan verəcək.
İlkin mərhələdə xidmət yalnız Avropada keçərli olacaq və təyinat imkanları toplusuna görə, bu, “PayPal” kimi əsas oyunçuya çevriləcək.
Yəqin ki, bu xidmət çərçivəsində beynəlxalq köçürmələr də mümkün olacaq.
İndi sosial şəbəkə istifadəçiləri bir-birlərinə həqiqi pul göndərə, internetdə müxtəlif mal və xidmətlərə görə ödəniş edə biləcəklər.
Hazırda Facebook Londonun üç pul köçürmə şirkəti ilə danışıqlar aparır.
gun.az