Ölümsüz canlı tapıldı
29.2.2012

Nottingem universitetinin elm adamları şok açıqlama yayaraq, əbədi yaşaya bilən orqanizmi kəşf etdiklərini deyiblər.

Elm adamları hüceyrələrini, hətta beynini belə daim yeniləyə bilən canlının məhz buna görə, əbədiyaşar olduğunu bildiriblər.

Aparılan tədqiqat nəticəsində göllərdə və kiçik gölməçələrdə yaşayan orqanizmin özünü daim yeniləyə bilmək bacarığı olduğu məlum olub.

Orqanizmi 5-10-15-20-25 yerə bölsələr də, elm adamları onun özünü təzədən diriltdiyini müşahidə ediblər. Və hər bölünən hissə ayrıca orqanizmə çevrilib.

Tədqiqatı aparan Nottengem universitetinin alimi Əziz Əbubəkr bir orqanizmi müxtəlif hissələrə böləndən sonra hüceyrələrin hər birinin dirilməsindən sonra nəhəng kaloniyaya çevrildiyini deyib: “Mənim fikrimcə, bu canlılar ölümsüzdür”.

Bu orqanizmin sinir heceyrələrindən ibarət bəsit beyni var, bu hüceyrələr canlının bədənindəki bütün hüceyrələri yenidən istehsal edə bilir və bu hüceyrələrin ən xırdası belə yeni orqanizmi yaratmaq iqtidarındadır.

Bu araşdırmanın insanların ömrünün uzadılmasında mühüm rolunun olacağı gözlənilir.