“Google” hakerlərə 1 milyon dollar verəcək
29.2.2012

“Google” şirkəti brauzeri olan “Chrome”-da qüsur tapan hakerləri mükafatlandıracaq.

Şirkət Vankuverdə keçirilən konfransda brauzerində qüsur tapan hakerlərə bir milyon dollar nəğd pul verəcəyini elan edib.

Mükafatların qiyməti qüsurların dərəcəsindən asılı olaraq dəyişəcək.

ANN.Az