Arıqlamağa çətinlik çəkən qadınlara yaxşı xəbər var. Belə ki, sən demə, uçucu yağlar arıqlamağa kömək edirmiş. Qadınlar
arasında artıq çəki ilə mübarizə aparanların və üsullarının sayı
sürətlə artır. Pəhriz və idmanla yanaşı, yeni üsul təklif olunur. Belə
ki, aromaterapiya bu sahədə özünü göstərməyə başlayıb. Bitkilərin
möcüzəli köklərindən düzəldilən yağlar olduqca faydalıdır. Onların
bəziləri aclıq hissini öldürür. Əslində, aromaterapiya ilə müalicə
üsulunun tarixi çox qədimlərə gedib çıxır. Hippokrat aroma yağları ilə
masaj üsulundan geniş istifadə edirdi. Aromaterapiya - bəsit mənada,
tənəffüs sistemi, ya da dəriyə təmas edərək fizioloji və psixoloji
vəziyyəti yaxşılaşdırmaq üçün bitki mənşəlli vasitələrin və uçucu
yağların istifadəsi deməkdir.
Arıqladan duş - Aromaterapiyanın ən məşhur
üsullarından biri qoxulu yağlarla isti vanna qəbul etməkdir. Bəs yaxşı
hansı yağlar çəki atmağa kömək edir?
Sitrus meyvələri uçucu yağları, ardıc yağı, selvi və razyana yağları
arıqlamağa kömək edir. Duş qəbul edən zaman vannaya bu yağlardan birini
əlavə edin. Sitrus meyvələri arasında limon və portağal yağı arıqlamağa
ən çox təsir göstərən yağlardır. Maddələr mübadiləsinin yaxşılaşması və
sürətlənməsi üçün paçuli, nanə və limon yağı əhəmiyyət daşıyır.
Kəskin qoxulu nanə
Nanə tərkibli yağlar sadəcə, çəki atmağa yardım etmir, eyni zamanda
bütün bədənə müsbət təsir göstərir. Belə ki, gündəlik keçirdiyiniz
gərginliyi və yorğunluğu üzərinizdən atır. Nanə və lavanda yağını
qoxladığınız və alına masaj edildiyi zaman miqren ağrılarını aradan
qaldırır, xoş təəssürat buraxır. Qreyfurt, ətirşah və selvi sidik
kisəsinə faydalı olan yağlardır. Yasəmən qoxuları, çobanyastığı və
lavanda yuxusuzluğu aradan qaldırıb, sinirləri sakitləşdirir.
Tənəffüs terapiyası ilə iştahanı azaltma
Bu qoxuları buxar yolu ilə də “uda” bilərsiniz. Aromaterapiya
yağları istifadə etməyin başqa yolları da var. Onları buxar vasitəsilə
qarışıq olaraq istifadə edə bilərsiniz. Məsələn, darçın, vanil, yaşıl
alma kimi qarışıq yağlardan qaynadılmış suya bir neçə damcı əlavə edin.
Daha sonra həmin buxardan nəfəs alaraq iştahanızı azalda bilərsiniz.
Publika.Az