5300 illik sirr çözüldü
29.2.2012

İtaliyada 5300 yaşı olan Otzi adlı "Buz adam"ın tədqiqatlarından sonra əldə edilən nəticələr açıqlanıb.

GoMap-ın Milli.az saytına istinadən verdiyi məlumata görə, Alp dağlarında, Avstriya və İtaliyanın sərhədindəki Es vadisində qar altında tapılmış Otzi eramızdan 5300 il əvvəl qətlə yetirilmişdi. Onun cəsədi qar və buzla örtüldüyündən təbii mumiya formasında qalıb.

Otzi dünyanın ən yaşlı yaş mumiyası sayılır, çünki onun hüceyrələrində hələ də su var.

Hazırda Alto Adige Arxeologiya Muzeyində saxlanılan Otzini 1991-ci ilin sentyabrın 19-da iki turist qarlar arasında tapmışdılar. Onlar mumiyanı ölmüş alpinist sanmışdılar.

Alimlər Otzinin ürəyinin zəif olduğunu deyiblər. Üstəlik, onda ateroskleroz (damar sərtliyi) xəstəliyi və südə allergiya da vardı.

EURAC Mumiya və Buzlaqlar İnstitutu direktoru, bioloq və biomolekulyar androloq Albert Zink deyir: "Ötzi sağlığında ürək və damar xəstəliklərinə genetik uyğunluğun olduğunun təsdiqlənməsi çox əhəmiyyətlidir. Çünki bu, ürək və damar xəstəliklərinin sivilizasiya ilə bağlı olmadığını sübut edə bilər. Ən azı ona görə ki, 5300 il əvvəl Otzi bizim bu gün qarşılaşdığımız ürək-damar riskləri ilə üzləşməmişdi. Otzi izafi çəkili deyildi, aktiv həyat tərzi keçirirdi".

Üstəlik, boyu 160 sm, çəkisi 50 kq olan 46 yaşlı Otzinin laktozaya allergiyası da varmış. Yəni o, əsla süd içməyib.