Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, mayın 12-də Heydər Əliyev Sarayında Fransa estrada ulduzlarının iştirakı ilə geniş konsert proqramı təşkil ediləcəkdir.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilmişdir “Parisdən məhəbbətlə” adlı konsertdə Dany Brillant, Julie Zenatti, Hugues Aufray, Chimene Badi, Gerard Lenorman və Julien Dassin kimi fransa estradasının ulduzları iştirak edəcəklər.
Konsertin biletlərini şəhərimizin kassalarında əldə edə bilərsiniz.
© AzərTAc