Cenniferin yeni filminin treyleri yayımlandı – Video
7.5.2014

İnternetdə Braan Sinqerin “X adamlar: Keçmiş gələcəyin günləri” filminin yeni kadrları yerləşdirilib.

Gün.Az-ın ANS-Press-ə istinadən verdiyi xəbərə əsasən, premyerası bütün dünyada səbirsizliklə gözlənən filmdə baş rolda Cennifer Lourens çəkilib.

O, Mistik adlı qəhrəmanı canlandırır. Lourensin personajı göy dərisi və sarı gözləri, istənilən insanın simasında görünmək qabiliyyəti olan və silahla peşəkarcasına davrana bilən qızdır.

Yeni “X adamlar” filminin premyerası mayın 10-da baş tutacaq.
Video

gun.az