Britaniya labradoru Kelli dünyada uçuş sertifikatı almış ilk itdir.
O,
sahibi Qrem Mauntford ilə birlikdə ümumilikdə 250 saat uçub.
Mauntfordun sözlərinə görə, dünyada uçuş stajı 50 mil olan başqa it
yoxdur.
İndi Kelli rəsmən ikinci pilot olmaq hüququna sahibdir. Ona müvafiq vəsiqə verilib.
Qeyd
edək ki, Qrem Mauntford ilk dəfə sevimli itini cəmi 12 həftəlik olarkən
özü ilə götürüb. İndi labradorun 3 yaşı var və bu müddət ərzində o,
havada bir çoxlarının bütün həyatı boyu olmadığı qədər vaxt keçirib.
Kelli Kornuel, Uels və Şotlandiyanın ən ucqar aeroportlarında havaya qalxıb və yerə enib. İtin öz şlemi və xüsusi kəməri var.
Qrem
Mauntford deyir: "Biz Kerri ilə təyyarədən enəndə adamların üzündə
yaranan təbəssümü görürəm. Aeroport əməkdaşları mənim ikinci pilotumun
köpək olmasına daim coşqun reaksiya verirlər".


Milli.az