Kalmıkiya Milli Dram Teatrının kollektivi Bakıya gələcək
14.5.2014

Rusiya Federasiyasının Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrının yaradıcı kollektivi mayın 16-dan 18-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq.

Teatrdan verilən məlumata görə, kollektiv uşaqlara “Dobriy doktor Aybolit”, böyüklərə isə “Araş” dramatik fantaziyasını təqdim edəcək.

Korney Çukovskinin eyniadlı əsəri əsasında hazırlanan “Dobriy doktor Aybolit” tamaşası mayın 16-dan 18-dək günün müxtəlif saatlarında nümayiş olunacaq.

B.Mandjiyev və V.Yaşkulovun eyniadlı əsəri əsasında hazırlanmış “Araş” dramatik fantaziyası isə tamaşaçılara mayın 18-də təqdim ediləcək.

APA