Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başlayır
14.5.2014

Bu gün Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyə başlayır.

AŞ Nazirlər Komitəsində sədrlik Avstriyadan Azərbaycana keçib.

Azərbaycan 6 ay müddətinə, cari ilin noyabr ayına kimi qurumda sədrlik edəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında Azərbaycanın qurumdakı sədrliyinin prioritetlərini açıqlayıb.

XİN rəhbəri bildirib ki, Azərbaycan altı ay müddətində Avropa Şurasının üç əsas sütunu - insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək.

E.Məmmədyarov əlavə edib ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq.

Nazir ölkəmizin sədrliyi zamanı mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcəyini vurğulayıb.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan Avropa Şurasının qonşuluq siyasətinin təkmilləşməsinə böyük diqqət göstərməkdə davam edəcək.

Ölkənin sədrliyi müddətində 18 tədbirin keçiriləcəyi nəzərdə tutulub.

AŞ Nazirlər Komitəsində Azərbaycandan sədrlik Belçikaya keçəcək
gunaz