SMS yazmaq üzrə rekord vurdu
16.5.2014

Braziliyadan olan 18 yaşlı yeniyetmə Marsel Fernandes Filo smartfon ekranında sürətli SMS yazmaq üzrə rekord vuraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Yarış apreldə Nyu-Yorkda baş tutub.

İştirakçılar ingilis dilində 26 sözdən ibarət ifadəni SMS şəkilində mümkün qədər tez yazmalıydılar. Fernandesə bunun üçün cəmi 18,19 saniyə vaxt kifayət edib.

Rekordçu müsahibələrindən birində texnologiyaya o qədər də maraqlı olmadığını, lakin daima öz smartfonundan istifadə etdiyini dilə gətirib.

“Mətni tez yığmaq qabiliyyəti hər gün köməyim olur, çünki mən eyni zamanda bir neçə iş görə bilirəm", - deyə Fernandes bildirib.

Gün.Az