Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti 28 May -
Respublika Günü münasibətilə akademiyanın gənc alimləri üçün qrant
müsabiqəsi elan edib.
AMEA-nın mətbuat xidmətindən
verilən xəbərə görə, müsabiqədə akademiyanın üzvləri, həmçinin AMEA elmi
müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 35-dək
olan gənc alimlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün irəli sürülən gənc alimlər son 3 ildə
başa çatdırdıqları elmi tədqiqatlar, mühüm elmi nailiyyətləri və onların
elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı (müəyyən edilmiş formaya uyğun olaraq) mayın 30-dək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinə təqdim etməlidirlər.
APA