Mobil operator yeni “Gecə tarifi” kampaniyasına başlayıb
22.5.2014

“Azercell” bu gündən etibarən bütün SimSim abunəçiləri üçün xüsusi Gecə Tarifi Kampaniyasına başlayır.

Şirkətdən verilən məlumata görə, kampaniyanın keçiriləcəyi müddət ərzində abunəçilər gecə saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili zənglər zamanı güzəştlə danışacaqlar.

Belə ki, qeyd olunan saatlarda şəbəkədaxili zənglər 1 dəq 2 qəpik tarifi ilə hesablanacaq.

Kampaniyaya qoşulmaq üçün abunəçilər 9888 qısa nömrəsinə boş SMS göndərməlidirlər.

Kampaniyaya qoşulma üçün göndərilən SMS-in qiyməti 1 qəpik təşkil edir. Kampaniyadan imtina etmək üçün isə abunəçi STOP sözünü yazıb, 1010 qısa nömrəsinə göndərə bilər. Bu zaman göndərilən SMS pulsuz olacaq. Onu da bildirək ki, yeni kampaniya 21.08.2014 tarixinə qədər, yəni 3 ay davam edəcək.

Gün.AZ