Tanınmış Azərbaycan qrupu "Rast" Montredə beynəlxalq caz festivalında iştirak edəcək.
Qrup 1967-ci ildən keçirilən bu məşhur festivala fəxri qonaq kimi dəvət olunub. Festival çərçivəsində iyulun 17-də musiqiçilərin solo konserti baş tutacaq.
İyulun 16-da isə "Rast" dünyaca məşhur saksofonçu Meyseo Parker və onun fank-orkestri ilə çıxış edəcəklər. Meyseo Parkerin öz orkestri ilə "Rast" repertuarından bir neçə kompozisiyanı ifa edəcəyi gözlənilir. Əcnəbi musiqi tənqidçilərinin fikrincə, Meyseo Parker müasir fankın təcəssümü və alt-saksafonda ən yaxşı ifaçıdır.
"Rast" Montre üçün caz, fank-rok, həm də xalq musiqisi kompozisiyalarından ibarət bir saatlıq proqram hazırlayıb. Konsertdə qrupla birgə tanınmış azərbaycanlı balaban ifaçısı da çıxış edəcək.
Gün.Az