Azərbaycanlılar Rafet Əl Romanı Rusiyaya aparır
26.5.2014

Sankt-Peterburqun “Ledovıy dvorets” sarayında Şəhər gününə həsr olunmuş konsert keçiriləcək.

Konsert azərbaycanlılar tərəfindən təşkil olunacaq.

Azərbaycan Gənclər İttifaqının mətbuat xidmətindən agentliyə verilən məlumata görə, konsertdə Azərbaycan əsilli rusiyalı müğənni Bəxtiyar Əliyev (Bahh Tee), müğənni Günay İbrahimli, Elton, türkiyəli müğənni Rafət Əl Roman və Ezo çıxış edəcəklər. Biletlət pulsuzdur.

Qeyd edək ki, azərbaycanlılar Sankt-Peterburqun ən iri etnik icmalarından birinə malikdirlər. Burada 16,6 mindan artıq soydaşımız yaşayır. Şəhərdə azərbaycanlıların öz bazar günü məktəbləri, 1999-cu ildən 5 min tirajla çıxan “Azəri” adlı qəzetləri var. Həmçinin “Çinar” xalq rəqs ansamblı da yaradılıb.

Gün.Az