Yığmamız növbəti böyükhesablı qələbə qazanmışdır
5.3.2012

AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında yoldaşlıq oyunu keçirilmişdir.
Qarşılaşma 6:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdır. Komandamızın heyətində hərəyə 1 dəfə Melis Sarıaltın, Maya Danqdze, Sevinc Cəfərzadə, Olya Şioşvili və Aysun Əliyeva fərqlənmişlər. Bir qolu isə Tekle Qulordova öz qapısından keçirmişdir.
Ölkəmizdə səfərdə olan, “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin dostu seçilmiş xorvatiyalı veteran futbolçu Dario Şimiç oyun başa çatdıqdan sonra yığmamızın üzvləri ilə görüşmüş və qələbə münasibətilə futbolçularımızı təbrik etmişdir.

                                                                                                                                    AzərTAc