Xorvatiyanın Dubrovnik şəhərinin sakini sübut edib ki, uzun illər səbrlə
gözlədikdən sonra uğur əldə etmək mümkündür. 30 yaşlı xorvatiyalı 30 il
lotoreya oynayıb və nəhayət ki, uğur onun üzünə gülüb.
Jurnalistlərin adını çəkmədikləri Dubrovnik sakininin uğuruna qibtə
etməmək mümkün deyil. 30 il ərzində o hər həftə lotoreya bileti alıb. Bu
optimistin qəribə bir planı olub. 30 il ərzində, uğur qazanana qədər, o
hər həftə lotoreya biletində eyni işarələri qeyd edib.
Kimin ağlına gələrdi ki, inadkar oyunçunun cəhdləri bir gün öz sözünü
deyəcək. Heç yarım əsr keçməmiş, “Xorvatiya Lotoreyası”nın rəsmiləri
onun kombinasiyasının uğur qazandığını deyiblər. Beləliklə, Dubrovnik
sakininin 4 dollarlıq lotoreya bileti “Cek Pot” udub və 2.3 milyon
dollar qazanıb. Düzdür, onun bu illər ərzində lotoreya biletlərinə nə
qədər pul xərclədiyi heç kimə bəlli deyil.
Qərb mətbuatı yekdil şəkildə Dubrovnik sakinini dünyanın ən xoşbəxt
adamı adlandırıb. Dubrovnik sakini etiraf edib ki, bütün bu illər
ərzində dostları onun cəhdlərini boş vaxt itkisi adlandırırdı. Amma bu
onu həvəsdən salmayıb və o yenə uzun illər boyu lotoreya biletində öz
ailəsinin həyatındakı vacib günləri simvolizə edən şifrələri
işarələməkdə davam edib.
Dünyanın ən xoşbəxt adamı lotoreyada qazandığı pulları da öz ailəsinin
və yaxınlarının həyat şəraitini yaxşılaşdırmaq üçün istifadə edəcəyini
deyib.
ANN.Az