ABŞ-da dünyanın ən kiçik çay dəsti hazırlanıb. 6 əşyadan ibarət olan dəstin satış qiyməti 137 funt-sterlinqdir.
GoMap.az "The İndependent"ə istinadən bildirir ki, 22 karatlıq qızılla bəzədilmiş fincan və nimçələr Çin çinisindən hazırlanıb.
Fincanların hər birinin hündürlüyü cəmi 6 millimetrdir.
Miniatür fincan və nimçələr o qədər kiçikdir ki, onları barmağın ucunda rahatlıqla saxlamaq olar.
Rəssam və dizaynerlər Karen Qriffitslə Piter Armstronqun "Stokesay Ware" şirkəti üçün hazırladıqları çaydanın hündürlüyü isə 14 millimetrdir.