Braziliyada təşkil olunan Dünya Çempionatına bu gecə start verilir.
Bütün dünyanın böyük maraqla gözlədiyi mundialın açılış matçında ev sahibi Braziliya Xorvatiya millisi ilə qarşılaşacaq.
San Paolo şəhətində baş tutacaq oyun Bakı vaxtı ilə bu gecə saat 01:00-da başlayacaq. Matça “İdman Azərbaycan” və TRT kanalı vasitəsilə canlı baxa bilərsiniz.
Çempionatın rəsmi açılışı isə 00:00-da başlayacaq.
Qeyd edək ki, sayca 20-ci dəfə keçirilən Dünya Çempionatı 13 iyulda bitəcək.
01:00 – Braziliya - Xorvatiya
Gün.Az