“Muhteşem Yüzyıl” Amerikaya da ayaq açır
12.6.2014

Türkiyənin populyar teleserialı “Muhteşem Yüzyıl” ABŞ-da da nümayiş etdiriləcək.

Yayımına başladığı ilk gündən geniş tamaşaçı auditoriyası toplayan “Muhteşem yüzyıl”ın ABŞ-da nümayişi üçün danışıqların aparıldığı bildirilir.

Bu gün nümayiş olunacaq 139-cu bölümü ilə ekranlara vida edən “Muhteşem Yüzyıl” ABŞ-ın bütün dünyada məşhur olan “Tarix kanalı”nın (“History Channel”) diqqətini çəkib.

Məlumata görə, “History Channel” kanalının rəhbərliyi 300 milyonluq tamaşaçı kütləsinə malik “Muhteşem Yüzyıl”ın yayım hüququnu almaq üçün serialın istehsalçısı Timur Savcı ilə görüş təyin edib.

Hazırda İstanbulda olduqları bildirilən “History Channel” təmsilçilərinin bu çərçivədə rəsmi şəxslərlə görüşdükləri də gələn xəbərlər arasındadır.

Gün.Az