Azərbaycanda velosiped istehsal olunacaq
13.6.2014

Azərbaycanda ilk dəfə velosiped istehsalı üçün zavod tikilir.

Zavod İsmayıllı rayonunun Diyallı bələdiyyəsinin ərazisində ayrılmış 8 hektar sahədə inşa edilir.

Zavodda 300 nəfər işçi çalışacaq. İstehsal prosesini təşkil edəcək mütəxəssislər İtaliyada iki mərhələdə kurs keçəcəklər. Artıq hər iki mərhələ üçün nəzərdə tutulan sayda kurs keçəcək mütəxəssislərin seçimi aparılır.

Hazırda zavodun tikintisi ilə yanaşı, ərazidə abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır.

Gün.Az