“012 Bakı Publik Art Festivalı”nda yeni fəaliyyətə başlamış gənc rəssamlarla bərabər Azərbaycanın tanınmış incəsənət xadimlərinin əsərləri də nümayiş olunmuşdur. Təqdim olunan işlərdə Bakıda bir sıra tarixi keçmişi olan yerlər əks etdirilmişdir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından bildirilmişdir ki, sərgidə Xalq Rəssamı, professor Fuad Salayevin “Torpağın nəfəsi” əsəri nümayiş olunmuşdur. Metaldan hazırlanmış heykəltəraşlıq kompozisiyası dinamika və forma əlamətlərinə görə “yüksəklərə can atan” təsiri bağışlayır. Əsərin ideyası müəllifdə Lökbatanda yerləşən palçıq vulkanlarının müşahidəsi zamanı yaranmışdır. Ancaq işin hazırlanması zamanı kompozisiya əlavə məna kəsb etməyə başlayır. Əsərin çərçivəsi sanki rəqsi xatırladır. Metal konstruksiyaların rəqsi özlüyündə paradoksdur. Çünki rəqs canlı varlığa xasdır. Bundan başqa kompozisiyanın əsas xüsusiyyətlərindən biri də onun interaktivliyidir.
Əsər sərgidə maraqla qarşılanmışdır.