İyunun 28-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı Meydanı Kompleksindəki bayraq hava sabitləşənədək endiriləcək.
Bu barədə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.
Gün.Az