“Çalıquşu”ndakı sevgi həqiqət oldu-Foto
1.7.2014

“Çalıquşu” serialının yeni versiyasında baş rolu oynayan Burak Özçivit ilə Fahriyə Evcen həyatda da sevgili imişlər.

Türkiyənin Haberler saytına istinadən verilən xəbərə görə, sevgilərini hər kəsdən gizli yaşayan sevgililər 2,5 aydır birlikdədirlər.

Dedi-qodulara görə, onların sevgilərini belə gizli yaşamaları Özçivitin əvvəlki sevgilisindən yeni ayrılması ilə əlaqədardır.

29 yaşındakı Özçivitin 28 yaşlı Evcenlə yeni bir filmə çəkilmək üçün hazırlığa başladığı da deyilir.

Hətta, aktyor 1 milyon Türkiyə lirəsinə Ay Yapım şirkətinə transfer olub.O, yeni ildən şirkətin yeni seralında baş rolda oynayacaq.

Gün.Az