Parisin 35 kilometrliyində yerləşən Tuari şəhərciyində “Nuhun kiçik heyvanlar gəmisi” adlı qeyri-adi zoopark açılıb.
Burada öz kiçik ölçüləri ilə fərqlənən təqribən 100 nadir heyvan növü var.
Bu tipli heyvanat parkı Fransada birincidir və onun ərazisində heyvanat aləminin nəsli tükənmək təhlükəsi altında olan bir çox nümayəndələri bəslənir.
Zoopark ziyarətçiləri burada cırtdan fil və kərkədan, miniatür tropik siçanı və nadir amfibiyalar görə bilərlər.
Gün.Az