Məscid kül oldu, Quran yanmadı - Foto
10.7.2014

Kalmıkiyanın paytaxtı Elistada yandırılan məscid bərpa olunacaq.

Bunu Kalmıkiya müftisinin müavini Asludin Kalabeqov bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində məscidin içi tamamilə yansa da, Qurani Kərimə heç nə olmayıb.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə müqəddəs Ramazan ayında ilk günlərində bir qrup maskalı şəxs axşam namazından sonra müsəlmanların Elistadakı ibadətgahına yandırıcı qatışıqlı şuşələr atıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.








Gün.Az